tağaverd kəndi Xocalı rayonunda, dağətəyi ərazidə yerləşir. Kənddə
məktəb, klub, kitabxana, rabitə şöbəsi, bir çox tarixi qalalar və s. vardı.
Kəndin əhalisi əsasən heyvandarlıq, taxılçılıq və üzümçülüklə məşğul olurdu.
Yerli məlumata əsasən, Tağaverd yaşayış məntəqəsini Şuşa qəzasının keçmiş
Şüşülü, Dırnavos, Tuğ və Domu kəndlərindən köçüb gəlmiş ailələr yaratmışdır.
Kəndin keçmiş adı Aşağı Tağaverd olub. Həmin rayondakı indiki Zərdankənd
kəndi isə Yuxarı Tağaverd adlanırdı. “Tağ” – memarlıqda divarlarda
pəncərə və qapı yerlərinin, yaxud, iki dayaq (sütun, dirək və s.) arasındakı
boşluğun üstünü örtmək üçün əyrixətli örtük konstruksiyasına deyilir. “Tağ”
yarımdairə, çatma, nalvarı və s. formalarda olur. Bəzi tədqiqatçıların
fikrincə, Tağaverd toponimi “qala məhəlləsi” mənasını daşıyır. Bu oykonimi
“güllük” mənası ilə izah edənlər də vardır.